Ölkə futbolu

“Bakı” “İnter”lə oyun öncəsi ciddi itki ilə üzləşdi

“Xəzər Lənkəran”ı səfərdə iki cavabsız qolla məğlub edən 2Bakı” bu oyunda bir futbolçusunu itirib.

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın aparıcı üzvü Rauf Əliyev Lənkəran səfərində sarı kart almaqla limiti doldurub. Beləliklə, Pantiç XXIII turda “İnter”lə “Şəfa”da keçiriləcək oyunda Rauf Əliyevin xidmətindən məhrum olacaq. 

Qeyd edək ki, paytaxt klubunda iki futbolçu – Şəhriyar Əliyev və Elvin Əliyev zədəli olduğundan “bankirlər”lə oyunu da buraxacaqlar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43