Ölkə futbolu

“Bakı” İspaniyada hazırlıqlarını davam etdirir

İspaniyada təşkil olunan təlim-məşq toplanışını davam etdirən “Bakı”  səhər saatlarında növbəti məşqinə çıxıb.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında Marbela Futbol Mərkəzinin meydançasında təşkil olunan məşq 1,5 saat davam edib.

Məşqdə Əfran İsmayılov və Namiq Ələsgərov iştirak etməyiblər, Vadim Abdullayev isə komandadan ayrı çalışıb.

“Bakı” hazırlıqlara bu axşam saat 21:00 da təşkil olunacaq məşqlə davam edəcək.

Qeyd edək ki, komanda hazırlıq prosesi çərçivəsində 15 yanvar, saat 21:30 da “Balonpedika Linense” klubu ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43