Ölkə futbolu

Bakı klubu legionerini göndərdi – RƏSMİ

“Səbail” klubu daha bir futbolçusu ilə vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” Maksim Çex ilə yollarını ayırmaq barədə qərar qəbul edib.

Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına məxsus olan oyunçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, “Səbail” daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43