Ölkə futbolu

Bakı klubu üçün beşi məlum, biri naməlum

Bakı “İnter” təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə gedir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Antalyadakı hazırlıq yanvarın 3-də başlanacaq. Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. “İnter” yanvarın 8-də “İnegolspor”(Türkiyə), yanvarın 13-də “Energie Cottbus”(Almaniya), yanvarın 14-də “Kayrat”(Qazaxıstan), yanvarın 17-də “Kasımpaşa”(Türkiyə), yanvarın 20-də isə “Metallist”(Ukrayna) komandasıyla qarşılaşacaq. Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik bilinmir.

“İnter” yanvarın 24-də vətənə qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43