Ölkə futbolu

Bakı klubunda böyük sevinc: Moldovada “at oynadan” futbolçu “Qarabağ”ı gözləyir

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Moldovada “Tiraspol”la matçda zədələnən və həmin gündən etibarən  yaşıl meydanalardan uzaq qalan Elvin Məmmədov qarşıdakı oyunlarda “İnter”ə kömək edə biləcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Bank klubunun “Bakı”dan heyətinə qatdığı yarımmüdafiəçinin zədəsi demək olar ki, sağalıb. Onun “Qarabağ”la səfər matçında meydana çıxa biləcəyi bildirilir.

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı ayın 16-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43