Kateqoriyasız

Bakı klubunda növbəti ayrılıq

“Sabah” klubla müqavilə müddəti bitən Filip İvanoviçlə yollarını ayırıb.

Bu barədə Bakı təmsilçisinin saytı məlumat yayıb.

Filip 2018-ci ildən komandanın üzvü idi. Serbiyalı müdafiəçi bu günə kimi 59 oyun keçirib. O, “Sabah”da Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43