“İnter” həftəsonu keçiriləcək “Bakı” ilə oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, rusiyalı müdafiəçi Laşa Salukvadze, italiyalı Meza Kolli Sezar və Ruslan Əmircanov zədə səbəbindən “bankirlər”ə kömək edə bilməyəcəklər.
Salukvadze fərdi məşqlərə başlasa da, Sxadadzenin ona bu mühim matçda şans verəcəyi gözlənilmir. Sezar isə əməliyyat olunaraq, vətəninə yollanıb. Komandanın əsas üzvlərindən olan Ruslan Əmircanov isə azı 2 həftə Sxadadzenin sərəncamında olmayacaq. Belə olacağı halda isə onun “Bakı” və “Xəzər Lənkəran”la matçlarda forma geyinməyəcəyi dəqiqləşib.