Ölkə futbolu

“Bakı” “Lans”ın oyununda – VİDEO

“Bakı” FK-nın U-19 komandasının Fransada təlim-məşq toplanışı davam edir.

Dünən futbolçular “Feliks Bollar” stadionunda Fransa 2-ci liqasının 20-ci turu çərçivəsində oynanılan “Lans” – “Dijon” oyununu izləyib. Maraqlı mübarizə şəraitində keçən oyunda formalarının üzərində “Land of fire Azerbaijan” yazılmış meydan sahibi “Lans” hesabda geri düşsə də, tədricən təşəbbüsə yiyələnərək bərabərliyi bərpa edib. 2-2 hesabı ilə bitən oyun “Bakı”nın nümayəndə heyətinin üzvlərində xoş təəssüratlar yaradıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43