Kateqoriyasız

Bakı Olimpiya Stadionu ilk 5-likdə

Avropa çempionatında qrup mərhələsinin oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

36 oyunda ümumilikdə 649 min 320 azarkeş iştirak edib.

Ən çox azarkeş Macarıstanın paytaxtı Budapeştdəki 3 oyunda olub. “Puşkaş Arena”da keçirilən F qrupunun qarşılaşmalarını 166 min 546 azarkeş izləyib.

Rusiyanın “Sankt-Peterburq Arena” stadionundakı 6 oyunda 107 min 988 azarkeş iştirak edib. Danimarkanın paytaxtı Kopenhagen (62 239 azarkeş) bu göstəriciyə görə üçüncü, İngiltərənin paytaxtı London (57 907 azarkeş) dördüncü, Bakı (45 682 azarkeş) isə 5-ci yerdə qərarlaşıb.

Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu keçirilib. Bakı 1/4 final mərhələsinin 1 oyununa da ev sahibliyi edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43