Kateqoriyasız

Bakı Olimpiya Stadionunda etiraz aksiyası

Bakı Olimpiya Stadionunda etiraz aksiyası keçirilir.  

İdmanxeber.com-un məlumatına görə, tikilməkdə olan Bakı Olimpiya Stadionunda işləyən fəhlələr maşşlarının verilməməsinə görə aksiya keçirirlər.  Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı özünün “facebook” hesabında  bu barədə məlumat paylaşıb.

Onun sözlərinə görə, stadionun tikintisində iştirak edən podratçı şirkət “OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi” Azərbaycandakı filialı işçilərin maaşını vermir:

“İşçilәr bu gün sәhәr saat 08:00-da sentyabr ayının әmәk haqqının verilmәmәsinә görә işlәrini dayandırıblar. Şirkәt hal-hazırda yeni tikilәn Bakı Olimpiya stadionunda fәaliyyәt göstәrir. Aksiya davam edir. Müdiriyyət isə işçiləri işdən qovmaqla hədələyir”. Fəhlələr də buna etiraz olaraq işi dayandırıb. Hazırda aksiya davam edir. Təşkilat rəhbəri qeyd edib ki, AƏM-nin 172-ci maddəsinin 5-ci maddəsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43