01 Oktyabr 2024
Kateqoriyasız

Bakı Olimpiya Stadionunda velosiped yarışı

Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionu arasında əldə olunmuş razılığa əsasən, federasiya 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil ediləcək yarışla start verəcək.

İdmanxeber.com-un məlumatına görə, 2 gün davam edəcək “Mövsümün açılış yarışı”nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edəcək.

Proqrama əsasən, fevralın 27-də velosipedçilər saat 15:00-dan etibarən fərdi ötüşmədə mübarizə aparacaqlar. Fevralın 28-də isə saat 10:30-da qrup ötüşmələrinə start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43