Ölkə futbolu

“Bakı” qapıçı problemini həll etdi – ÖZƏL

Kamran Ağayevi transferə çıxaran "Bakı" qapıçı axtarışlarına başlayıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, paytaxt klubu Ağayevin yoxluğunu Anar Nəzirovla siğortalamaq istəyir. Daha doğrusu "zolaqlılar" "Sumqayıt"ın qolkiperi üçün bir müddət öncə də "gənclik şəhəri"nin təmsilçisinə müraciət etmişdi. Lakin Kamranın komandadan göndərilməsi bu məsələni yenə gündəmə gətirib.

İndi "Bakı" rəhbərliyi Anar Nəzirovun transferi üçün qarşı tərəflə danışıqlar aparır.

"Sumqayıt" klubunun mətbuat xidmətindən saytımıza sözügedən xəbəri nə təkzib ediblər, nə də təsdiq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43