Ölkə futbolu

“Bakı” Qəbələyə yollanır

Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ”nin qonağı olacaq “Bakı” oyuna hazırlıqları davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, dünən saat 11:00-da klubun təlim-məşq bazasının 4-cü meydançasında məşqə çıxan İbrahim Uzuncanın futbolçuları məşqə yüngül qaçışla başlayıb. Ardından toplu çalışmalar üzərində çalışan komanda məşqi ikitərəfli oyunla tamamlayıb.

Komanda oyunöncəsi son məşqini bu gün Qəbələ şəhər stadionunda keçirəcək.

Bazar günü oynanılacaq matça “Bakı” itki ilə çıxacaq. “Neftçi” ilə oyunda dördüncü sarı vərəqə almış Nurlan Novruzov oyunu kənardan izləməli olacaq. Eltun Hüseynov də Qəbələdə meydana çıxmayacaq. Gənc müdafiəçi hələ də zədəsini bərpa etməyib. Əvəzində son turda meydana çıxmayan Vüqar Bəybalayev cəzasının başa vuraraq, heyətə geri dönüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43