İdman

Bakı Qran-prisi üçün bilet satışına start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 20-dən etibarən Formula 1 “Qatar Airways” Azərbaycan Qran-Prisi 2024 üçün “early bird” erkən bilet satışına start verir.

İdmanxeber.az məlumat verir ki, azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək.

Qeyd edək ki, bilet əldə edən azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək. Beləliklə, hər kəs sevimli F1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43