Ölkə futbolu

“Bakı” – “Sumqayıt” matçının başlama saatı dəyişdi

Azərbaycan Premyer Liqasının 5-ci turunun son qarşılaşması olan “Bakı” – “Sumqayıt” matçının başlama saatında dəyişiklik edilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, canlı yayımla əlaqədar olaraq oyun yarım saat tez, 17:00-da başlayacaq.

14 sentyabr (bazar)

“Bakı” – “Sumqayıt”

Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 17:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43