Ölkə futbolu

“Bakı” üçün “kabus” çempionat

Topaz Premyer Liqasının ilk 5 turu “Bakı”nın son 11 mövsümdə ən uğursuz startı ilə tarixə düşüb.

İdmanxeber.com-un məlumatına görə, beş turda 4 dəfə meydana çıxan paytaxtın eyniadlı təmsilçisi bu qarşılaşmalardan birində heç-heçə edib, 3 dəfə uduzub. Bakılılar indiki adı altında ilk dəfə startdakı 4 turda qələbə qazana bilməyib. 2004-cü ildən “Bakı” adı ilə çıxış edən “zolaqlılar” startda belə uzun qələbə həsrətini sonuncu dəfə “Dinamo” adı ilə yaşayıb. Buna 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt komanda ardıcıl 4 dəfə məğlub olmuşdu. Ondan sonrakı 10 mövsümdə isə startdakı 4 görüşdən ən azı birində “Bakı” azarkeşləri qələbəyə sevinmişdi.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43