Premyer Liqa

“Bakı” “Xəzər Lənkəran”la oyuna hazırlaşır

“Bakı” “Xəzər Lənkəran”la oyuna hazırlıqlarını bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam edib.

“Bakı”nın baş məşqçi Milinko Pantiçin rəhbərliyi ilə kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirilib. Fiziki və taktiki təmrinlərdən ibarət olan hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Aqil Məmmədov və Vuqar Mustafayev komandadan ayrı çalışıblar.

Premyer Liqanın VI turu cərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” matçı 14 sentyabr saat 19:00-da Lənkəran şəhər stadionunda oynanılacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43