Bakıda atıcılıq üzrə Dünya Kuboku keçirilir.
İdmanxeber.az məlumat verir ki, turnirdən öncə keçirilən mətbuat konfrasında Azərbaycan Atıcılıq Federasiyasının (AAF) baş katibi Emin Cəfərov yarış iştirakçılarına uğurlar arzulayıb:
“İnanırıq ki, maraqlı turnirə şahidlik edəcəyik. İdmançılarımıza, xüsusi ilə gənclərə inanırıq”.
Federasiyanın vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahəfdinova isə bunları deyib:
“Bizi qarşıda maraqlı, 11 gündən ibarət yarış gözləyir. Ümid edək ki, idmançılarımız bizi sevindirəcəklər. Burda sizinlə birlikdə olmaqdan çox xoşbəxtəm”.
Qeyd edək ki, Dünya Kuboku mayın 2-dən 11-dək təşkil olunacaq.