Kateqoriyasız

Bakı finalının qalibi “Çelsi” oldu!

Bu gün UEFA Avropa Liqasında 2018-19 mövsümünə yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, həlledici qarşılaşmada İngiltərənin iki komandası – “Arsenal” və “Çelsi” üz-üzə gələcək.

Final matçında nominal meydan sahibi kimi çıxış edəcək “Arsenal” üçün bu görüş çox əhəmiyyətlidi. Belə ki, “topçular” yalnız kuboku qazanacağı təqdirdə Çempionlar Liqasına vəsiqə qazanacaq.

“Çelsi” isə uzun müddətdən sonra Avroliqada çempion adını qazanıb kuboku muzeyinə götürməyi düşünür.

Avropa Liqası

Final

29 may

23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) – 4:1
Qol: Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1),  Eden Hazard, 72 (4:1)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43