Kateqoriyasız

Bakıda heç-heçə, Belçika və Finlandiyadan qələbə

AVRO-2020-də qrup mərhələsi davam edir. İkinci oyun günündə 3 matç keçirilib.

A qrupunda Uels İsveçrə ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən matçda qalib müəyyənləşməyib – 1:1.

B qrupunda Danimarka Finlandiya ilə qarşılaşıb. Matç 42-ci dəqiqədə yarımçıq dayandırılıb. Buna Danimarka millisinin üzvü Kristian Eriksenin huşunu itirməsi səbəb olub. Təxminən 1 saat yarım sonra oyun qaldığı yerdən davam etdirilib. Finlandiya yeganə qolla qrəqibinə qalib gəlib – 1:0.

Günün son oyununda Belçika Rusiya ilə üz-üzə gəlib. Sankt-Peterburqdakı qarşılaşma belçikalıların böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0.

AVRO-2020
I tur

A qrupu

Uels – İsveçrə – 1:1
Qollar:
 Mur, 74 – Mbolo, 49

Bakı Olimpiya Stadionu

B qrupu

20:00. Danimarka – Finlandiya – 0:1
Qol: 
Pohyanpalo, 60

23:00. Belçika – Rusiya – 3:0
Qollar: 
Lukaku, 10, 88, Menye, 34


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43