Kateqoriyasız

Bakıda idman kompleksində güclü partlayış baş verdi: ölən və yaralananların adları məlum oldu

Bakıda güclü partlayış olub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb. İlkin məlumata görə, baş verən partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

*** *** ***

Bakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ölən 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanovdur.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamovun APA-ya verdiyi məlumata görə, partlayış idman kompleksinin qazanxanasında baş verib. İlikin ehtimala görə, buna qaz sızması səbəb olub. FHN-nin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər. Qalıqlar altında insanların olduğu ehtimal olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43