İdman

Bakıda keçiriləcək AVRO 2020-nin oyunları hansı tarixdə olacaq?

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunun da vaxtı müəyyənləşib.

Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43