İdman

Bakıda qalmaqal salan erməni güləşçi: “…bilə-bilə gəldim”

“Psixoloji olaraq final qarşılaşmasına hazır idim. Ancaq final döyüşü mənim üçün ən ağır döyüş olmadı. Ən ağır döyüşüm azərbaycanlı Həsən Əliyev və serb Maksimoviçə qarşı olan döyüşlər idi. Onların hər ikisi çox güclü döyüşçülərdir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri erməni güləşçi Miqran Arutyunyan (66kq) Bakı-2015-in finalında rus güləşçi Artyom Surkova məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, daha sonra sözlərinə davam edib:

“Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43