Dünya futbolu

“Bakıda “Qarabağ”a qalib gəlib, mərhələ adlamalıyıq”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Portuqaliyanın “Sportinq” klubunun yeni baş məşqçisi Marsel Kayzer açıqlama verib.

O, avrokubokakı hədəflərindən danışıb: “Turnirdə bacardığımız qədər irəli getmək istəyirik. Ötən tur “Arsenal”la oyunu izləmişəm. Komandanın topa sahib olması məni sevindirən amil oldu. Qrupda son ik oyunumuzu “Qarabağ” və “Vorskla”ya qarşı keçirəcəyik. Bakıda “Qarabağ”a qalib gəlib, mərhələ adlamalıyıq. Orada işimizi çətinləşdirmək istəmirik”.

E qrupunda qərarlaşan “Qarabağ”ın 3 xalı var. 10 xalı olan “Arsenal” 1/16 finala yüksəlib. “Sportinq” 7, “Vorskla” 3 xala sahibdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43