İdman

Bakıda UEFA-nın məşqçi kursu başlayıb – FOTO

Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun VI modulu başlayıb.

İdmanxeber.com AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, isveçrəli mütəxəssis Dany Raiserin rəhbərlik etdiyi bu mərhələ martın 9-dək davam edəcək.

Xatırladaq ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər – “Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, “Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, “Xəzər” komandasının baş məşqçisi Elşad Əhmədov, eləcə də Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43