Kateqoriyasız

Bakıda UEFA seminarı

Bu gün Boulevard Hotel-də Rəqəmsal Transformasiya mövzusuna həsr edilmiş UEFA GROW regional seminarı öz işinə başlayıb.

İdmanxeber-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, seminarda UEFA nümayəndələri, qonaq spikerlər, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Moldova futbol federasiyalarının əməkdaşları iştirak edir.

AFFA-nın baş katibi Elxan Məmmədov seminarda iştirak edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıb. Seminara sabah – yanvarın 29-da yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43