Ölkə futbolu

“Bakı”da üzlər gülür: əsas heyətin 4 aparıcı üzvü döndü, biri isə…

Zədəli futbolçuların çoxluq təşkil etdiyi “Bakı”da üzlər gülür.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Əfran İsmayılov, Rauf Əliyev, Namiq Ələsgərov və Cavid Hüseynovun zədəsi demək olar ki, sağalıb. Adı çəkilən futbolçular növbəti turdan etibarən paytaxt klubuna kömək edə biləcəklər.

Rubio Marionun isə zədəsi ciddidir. Onun qarşıdakı turda “Sumqayıt”la oyunda meydana çıxmayacağı dəqiqdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43