13 Avqust 2022
Kateqoriyasız

Bakıda və Şamaxıda UEFA Region Kubokunun oyunları başlayır

İyunun 23-də Bakıda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunlarına start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycanı bu turnirdə Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası təmsil edəcək.

“Cəbrayıl” ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.

İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq. Onlar Bakıdakı “ASK Arena”da çıxış edəcəklər.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

23 – 29 iyun tarixlərində keçiriləcək UEFA Region kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

I qrup

“Basiani” – “Tallinna Zapoos”

23 iyun. ASK Arena

“Tallinna Zapoos” – “Kaskelen”

25 iyun. ASK Arena

“Kaskelen” – “Basiani”

27 iyun. ASK Arena

II qrup

“Kolos” – “Cəbrayıl”

24 iyun. Şamaxı şəhər stadionu

“Cəbrayıl” – “Kolos”

26 iyun. Şamaxı şəhər stadionu

FİNAL.

I qrupun qalibi – II qrupun qalibi

29 iyun. Şamaxı şəhər stadionu

Qeyd edək ki, bütün oyunlar saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Turan Tovuz” və “Kəpəz” Premyer Liqada – Ramin Musayev açıqladı

admin

“Qarabağ”ın “yandırıb-yaxan” STATİSTİKASI

admin

“Bu, toplantının sonlarında çox vacib idi” – Qurban Qurbanov

admin