İdman

Bakıda veloyürüş keçirilib

“ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və “ASAN Könüllüləri” gənclər təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib.

İdmanxeber.com-un məlumatına görə, yürüşdə 150-yə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib.

Yürüşə Dövlət Bayrağı Meydanından start verilib. İştirakçılar Azneft dairəsi, Neftçilər prospekti, Dəniz Limanı, Yusif Səfərov küçəsi ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin yanında yürüşə yekun vurublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43