Kateqoriyasız

“Bakıdakı finalda hər şey baş verə bilər”

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa klubun rəsmi saytına Bakıda keçiriləcək Avropa Liqasının finalı barədə danışıb. O, həlledici görüşə vəsiqə qazandıqları üçün şad olduğunu deyib: “Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz çətin keçdi və indi son maneəni dəf etməliyik”.

25 yaşlı qolkiper bildirib ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar: “Bu, daha bir çətin oyun olacaq. Derbi və finalda hər şey baş verə bilər. Biz titul qazanmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, “Çelsi”nin ən yaxşı qələbəsi olacaq”.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA final mərhələsini də təxirə saldı

admin

Tərlan Əhmədov: “Kaşki pis oynayıb, xal qazanardıq”

admin

“Neftçi”nin sonuncu rəqibi də müəyyənləşdi

admin