Ölkə futbolu Premyer Liqa

Bakılıların 150-ci məğlubiyyəti

Bakının “Keşlə” klubu Azərbaycan çempionatlarında 150-ci məğlubiyyətini alıb.

İdmanxeber.az-ın məlumatına görə,nyubiley uğursuzluğu Premyer Liqanın 17-ci turuna təsadüf edib. Səfərdə “Neftçi”yə 1:3 hesabı ilə uduzan “Keşlə” 150-ci dəfə meydandan xalsız ayrılıb. Bu, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş klubun 562-ci oyununa təsadüf edib. Bakılılar evdə 56, səfərdə 94 dəfə məğlub olub.

“Keşlə” ilk məğlubiyyətini 1999/2000 mövsümündə alıb. 1999-cu il oktyabrın 29-da “Xəzər Universiteti” debüt oyununda evdə “Şəfa”ya 0:1 hesabı ilə uduzub.

Oxşar xəbərlər

AZAL – “Xəzər Lənkəran” – CANLI İZLƏ

admin

“Xəzər Lənkəran”da Skarlatake sevinci

admin

“İnter” – AZAL: Canlı Yayım

admin