Ölkə futbolu

“Bakı”nı “Rəvan” önündə pis vəziyyətə qoyan futbolçu göndərilir

“Bakı”da işləri heç cür düz getməyən Marius Pena yayda komandanı tərk edəcək.

İdmanxeber.com-un məlumatına görə, rumıniyalı hücumçu Pantiçin gəlişindən sonra bir müddət əsas heyətdə meydana çıxmadı. Daha sonra isə serb çalışdırıcı ona şans verdiyi matçlarda da Pena ümidləri doğurltmayıb. 

Penanın yay transferində “Bakı”dan ayrılacağı haqda sizə öncədən də xəbər vermişdik. Artıq Pena Milinko Pantiçin “qara siyahı”sındadı və onunla yayda yollar ayrılacaq.

Qeyd edək ki, son olaraq Pena “Rəvan”la oyunda penaltilər seriyasında dəqiq oynaya bilməmişdi və “aslanlar” tur adlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43