Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Bu gün bizim rəqibimiz “Xəzər Lənkəran” deyildi”

Topaz Premyer Liqasının 8-ci turunda “Bakı”nı qəbul edən “Xəzər Lənkəran” 4-0 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca məğlub olduğları matçı belə şərh edib:

“Biz yaxşı oyun göstərmək arzusunda idik. İlk penaltidən sonra komandanın oyununda eniş oldu. İkinci hissədə isə toparlandıq. Əgər ilk penalti olmasaydı, hesab arasında fərq bu qədər böyük olmazdı. Bu gün bizim rəqibimiz “Xəzər Lənkəran” deyildi. Düşünürəm ki, “Xəzər Lənkəran”ın belə penaltilərə ehtiyacı yoxdur. Mən futbolçularımın mübarizəsindən razıyam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43