Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Buna görə üzr istəyirəm”

Topaz Premyer Liqasının VI turunda “İnter”ə 0-7 hesabı ilə uduzan “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, "Bakı"nın baş məşqçisi İbrahim Uzunca böyükhesablı məğlubiyyəti belə şərh edib:

“İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədir. Hər qoldan sonra oyundan soyuduq. Mən bu gün futbolçularımı tanıya  bilmədim. Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43