Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Hakimlərə demək istəyirəm ki…”

Topaz Premyer Liqasının XII turu “Bakı” üçün uğursuz alındı. Belə ki, “Bakı” öz meydançasında “Qarabağ”a 2-4 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca matçdan sonra bu fikirləri söyləyib:

 “Oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm. Onlara öz təşəkkürümü bildirirəm. İndiyə qədər hakimlərə heç bir iradım olmayıb. Amma deməliyəm ki, “Qarabağ” kimi komandaya köməklik göstərmək düzgün deyil. Hakimlərə demək istəyirəm ki, gələcəkdə bir az diqqətli olsunlar.”Qarabağ”a isə Avropa Liqasında uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43