Ölkə futbolu

“Bakı”nın futbolçuları Madriddə

“Bakı” və “Atletiko” Madrid arasında yüksələn xətlə davam edən əməkdaşlıq çərçivəsində paytaxt klubunun daha bir komandası İspaniyanın  Madrid şəhərinə yola düşüb.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, dünən Madridə çatan komanda klubun təlim-məşq bazasının yaxınlığında yerləşən “Eurostars Hotel”də məskunlaşıb.

U-14 komandası bazar ertəsindən etibarən hazırlıqlara başlayacaq. Proqrama intensiv məşqlərlə bərabər mədəni tədbirlər də daxil edilib. Azərbaycanlı uşaqlar ilk olaraq paytaxt Madridə ekskursiyaya çıxaraq bu tarixi şəhərin görməli yerləri ilə tanış olacaqlar.

Bugündən başlayaraq “Bakı” futbolçuları məşqlərə star verəcək. 12 gün davam edəcək toplantı çərçivəsində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.

Bu gün “Atletiko”da uzunmüddətli təlim keçən “Bakı”nın 5 futbolçusu da düşərgəyə qatılıb. Onlar qarşıdan gələn günlərdə U-14 komandasının üzvləri ilə birlikdə məşqlərə çıxacaqlar.

“Bakı”nın üzvləri “Atletiko”nun futbolçuları ilə görüşəcək, kumirləri ilə ünsiyyətdə olmaq və onlara suallar vermək imkanı qazanacaqlar. Yeniyetmə futbolçular “Atletiko”nun 3 oyununu da canlı izləyəcəklər.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43