Kateqoriyasız

“Bakı”nın futbolçuları qaçdı-tutdu oynadılar

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində evdə “İnter”i qəbul edəcək “Bakı” klubu oyunöncəsi son məşqini keçirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 11:10-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. 
Ardınca düzülmüş maneələr içində əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin qalan çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin futbolçuları bununla da hazırlığı başa vurub.

Qeyd edək ki, zədəli olan Rauf Əliyev, Mario Alvares və Namiq Ələsgərov məşqdə iştirak etməyib. Vüqar Mustafayev isə yüngül qaçışla kifayətlənib. Əvəzində zədəsini sağaldan Elvin Məmmədov kollektiv çalışmalara qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43