Kateqoriyasız

“Bakı”nın futbolçuları tıxaca düşdülər, taksiylə oyuna yollandılar

Ötən gün keçirilən “Bakı” – “İnter” matçından əvvəl maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, paytaxtımızdakı tıxaclar futbolçuları da pis vəziyyətdə qoyub. “Bakı”nın üzvləri məskunlaşdığı “Qorqud” otelindən stadiona gələn zaman tıxaca düşüblər. Bu zaman isə bir neçə futbolçu taksiylə Biləcəridəki matça yollanıb. 

Lakin bir müddət sonra tıxacdan çıxan avtobus geridə qalan futbolçuları oyuna vaxtında yetişdirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43