Ölkə futbolu

“Bakı”nın iki futbolçusu əməliyyat olundu – FOTO

“Bakı” klubunun üzvləri Vadim Abdullayev və Əziz Quliyevin sağlıq durumu barədə raport açıqlanıb. Dünən (27 noyabr 2013) İstanbulda Acıbadem Fulya xəstəxanasının idman sağlığı mərkəzində əməliyyat olunan hər iki futbolçunun durumu normaldır.

Ortopediya və travmotologiya mütəxəssisi professor Ömər Faruk Taşer tərəfindən əməliyyat olunan Vadim Abdullayevin 3 aydan sonra yaşıl meydanlara dönə biləcəyi bildirilir. Vadim sağ menisk əməliyyatına məruz qalib.

Eyni nahiyədən əməliyyat olunan Əziz Quliyevin 1 ay sonra məşqlərə başlaya biləcəyi təxmin edilir. Bu barədə məlumatı professor Ömər Faruk Taşer verib. (klub saytı)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43