Ölkə futbolu

“Bakı”nın kapitanı da “gedirəm” dedi – RƏSMİ

“Bakı”da yaranmış böhran komandanın kapitanı Aqil Məmmədova da təsirsiz ötüşməyib.

İdmanxeber.com-un məlumatına görə, maliyyə problemi olan komandanın futbolçuları ötən gün məşqə də çıxmamışdılar. Lakin dünən məşqlərini bərpa edən komandanın kapitanı Aqil məmmədov hazırlığa qatılmayıb. 

Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, kapitanla bağlı məsələ bugün həllini tapacaq. Yəni, rəhbərlik qapıçı ilə razılığa gələ bilsə, o zaman Məmmədov “Bakı”da qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43