Kateqoriyasız

Bakıya gəldi, “Sumqayıt” təqdimatını edəcək

“Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa Azərbaycana gəlib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı belaruslu mütəxəssisin təqdimat mərasimi sabah olacaq.

Klub rəhbərliyi ilə mətbuat konfransında iştirak edəcək Baqa jurnalistlərin suallarını cavablandıracaq.

Tədbir “Kapital Bank Arena”nın konfrans zalında təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43