Kateqoriyasız

Bakıya gələcək erməni idmançıların ailəsindən razılıq alınıb

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək erməni cüdoçuların adları bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Ermənistan cüdo yığma komandasının baş məşqçisi Tiqran Babayan bildirib.

Ermənistanı oyunlarda Ovanes Davtyan, David Nikoqosyan və Janna Stankeviç təmsil edəcək. Məşqçi deyib ki, artıq məsələ idmançıların valideynləri ilə də məsələ müzakirə edilib və razılıq alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43