Kateqoriyasız

“Bakıya getməməyimlə bağlı çətin qərar verildi” – Mxitaryan

Xəbər verdiyimiz kimi “Arsenal” Mxitaryanı Bakıya gətirməyəcəyi ilə bağlı qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu bu məqama üzüldüyünü bildirib:

“Bütün mövcud seçimləri göz önünə alaraq, komanda ilə birlikdə Avropa Liqasının finalı üçün Bakıya getməməyimlə bağlı çətin qərar verildi. Bu, biz futbolçular üçün çox tez-tez olmayan bir oyundur və etiraf edim ki, bu oyunu qaçırmaq məni çox üzür. Komanda yoldaşlarımı dəstəkləyəcəm. Kuboku evə gətirin!”

Qeyd edək ki, “Arsenal” – “Çelsi” oyunu mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43