Kateqoriyasız

“Bakı”ya texniki məğlubiyyət verildi

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərin çempionatında mübarizə aparan “Bakı” klubuna texniki məğlubiyyət verilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna Bakı təmsilçisinin əvəzedici heyətlərin 34-cü turunda “Simurq”a qarşı matçda iştirak etməməsi səbəb olub.  Buna görə “Bakı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 2500 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43