İdman

“Baku Fires” Qazaxıstanda məğlub oldu

“Baku Fires” Ümumdünya Boks Seriyasının (WSB) VI mövsümünə start verib. 

İdmanxeber.com-un məlumatına görə, komandamız Qazaxıstanın Karaqanda şəhərində yarışın son qalibi “Astana Arlans” klubu ilə qarşılaşıb.

Görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. ”Baku Fires”in heyətində yalnız 64 kq çəki dərəcəsində çıxış edən Heybətulla Hacıəliyev qalib gəlib.

Döyüşlərin nəticələri:

Astana Arlans – Baku Fires

49 kq. Temirtas Jusupov –Cavid Dadaşov 3:0 (50:45, 50:45, 50:45).

56 kq. Meirbolat Toitov – Yaraş Məhəmmədov 3:0 (49:44, 50:43, 49:44).

64 kq. Asxat Ualixanov – Heybətulla Hacıəliyev 0:3 (47:48, 46:49, 47:48).

75 kq. Meyirim Nursultanov – Badri Xardziani 3:0 (49:46, 50:45, 50:44).

91 kq. Erkin Muxamedjan – Hacı Murtuzəliyev 2:1 (47:48, 49:46, 48:47).

D qrupunun digər oyununda “Puerto Rico Hurricanes” “Uzbek Tigers” klubunu qəbul edəcək. Xatırladaq ki, “Baku Fires” növbəti görüşünü fevralın 5-də Bakıda Özbəkistan komandasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43