Ölkə futbolu

“Baku United” İngiltərədə liderdir

İngiltərə futzal liqasında çıxış edən “Baku United” komandası ölkə çempionatının liderinə çevrilib. Cənub qrupunun favoriti olan komanda indiyədək 5 oyun keçirib və onların hamısında böyük xal fərqləri ilə qələbə qazanıb. Noyabrın 17-də bakılılar Citi of London komandasını 12-0 hesabı ilə udaraq onları qrupun aşağı pilləsinə endiriblər. Bundan əvvəl Kaunas komandasını 13-–0, Helvesianı 4-2, Siauliaini 11-2, həmçinin Genezisi 11-2 hesabları ilə məğlubiyyətə uğradan Baku United İngiltərə 20013-2014 futzal mövsümünün ən çox xal yığan klubudur. Ondan sonrakı yerdə 15 xalla Helvesia klubu gəlir. Baku United futzal klubundan verilən məlumata görə, komanda bu mövsümdə də İngiltərə çempionu olmaq niyyətindədir. Məqsədə nail olmaq üçün komanda heyəti yeni oyunçular hesabına gücləndirilir, əsas heyətə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan Barselona komandasının müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular daxil edilib. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib.

Xatırladaq ki, Baku United İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən yaradılıb. Komanda heyətinə azərbaycanlılarla yanaşı ispanlar, portuqallar, ingilislər, polyaklar, serblər daxildir. Klubun prezidenti İlham Nağıyevdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43