Kateqoriyasız

Balayev oynadı, komandası qələbə qazandı

Qazaxıstan çempionatında XXII turun oyunları keçirilib.

Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” səfərdə “İrtış”a qalib gəlib – 2:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 45 xalla 12 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43