Dünya futbolu

Balotelli La liqa klubu ilə danışıqlara başladı

“Nitsa”nın futbolçusu Mario Balotelli karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Fransa mətbuatının yaydığı xəbərə görə, “Las Palmas” klubu transfer hüququ “Liverpul”a məxsus futbolçuyla danışıqlar aparır. İspaniya təmsilçisi Balotelliyə “1+1” sxemi ilə müqavilə təklif etməyə hazırdır.

Cari mövsüm “Nitsa”nın heyətində 27 oyun keçirən futbolçu 17 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43