İdman

“Baltsan” – “Keşlə” matçının başlama saatı açıqlandı

“Keşlə”nin Avropa Liqasının birinci təsnifat mərhələsində Maltanın “Baltsan” klubuna qarşı səfərdə keçirəcəyi ilk oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç iyulun 12-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki,  görüş Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43