Kateqoriyasız

Banişevskinin saatı hərraca çıxarıldı – FOTO

Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin saatı hərraca çıxarılıb.

Banişevskiyə bağışlanmış “Orient Special” saatı avito.ru saytında Yekaterina adlı şəxs tərəfindən satışa qoyulub. Yekaterinanın saytda yerləşdirdiyi məlumata görə, bu saat ərəb şeyxləri tərəfindən SSRİ yığmasının üzvlərinə bağışlanılıb və onun sifarişi ilə hazırlanıb.

Saat mexanikidir və qiyməti 57 500 rubl (1250 azn) təşkil edir (lent.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43